Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimləri iyun ayında keçiriləcək yoldaşlıq oyunlarına təyinat alıblar.
AZƏRTAC xəbər verir ki, Əliyar Ağayev Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər.
Digər FIFA referimiz Tural Qurbanov isə Kişineuda Moldova - Bolqarıstan oyununda ədaləti qoruyacaq. Həmin qarşılaşmada yan xətt hakimlərindən biri Cəmil Əliyev olacaq.
Qeyd edək ki, hər iki görüş iyunun 5-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]