ABŞ-ın Azərbaycandakı səfirinin diplomatik xidmətinin başa çatmasına həsr olunmuş işgüzar nahar keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 100-dək qonaq iştirak edib.
AZƏRTAC xəbər verir ki, "AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova səfirə Azərbaycanda həyata keçirdiyi xüsusi xidmətlərinə görə minnətdarlıqlarını bildiriblər, 2015-ci ildən Bakıda fəaliyyət göstərən səfirin palatanın işinə böyük töhfə verdiyini vurğulayıblar.
Azərbaycanın regionda strateji mövqe tutduğunu deyən R.Sekuta dövlətimizin neft-qaz ölkəsi olduğunu və bu istiqamətdə strategiyasını davam etdirdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]