ABŞ-ın xeyriyyə təşkilatı Özbəkistana humanitar yardım göndərib
Daşkənd, 4 iyul, АZƏRTAC
ABŞ-ın “Project Hope” xeyriyyə təşkilatı koronavirusla mübarizə tədbirləri çərçivəsində Özbəkistana 600 min dollar dəyərində humanitar yardım göndərib.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, yardıma qoruyucu maskalar, antiseptik və dezinfeksiyaedici vasitələr, koronavirusu müəyyən etmək üçün 20 min test və tibbi avadanlıq daxildir.
ABŞ-ın “Globus Relief” qeyri-kommersiya təşkilatı da Özbəkistana humanitar yardım kimi 800 min dollar həcmində 2 min adda dərman vasitələri ayırıb və bu günlərdə ölkəyə gətirilməlidir.
Bundan başqa ABŞ-ın İnkişaf və Yardım Agentliyi (ARDA) Özbəkistana müxtəlif ərzaq məhsullarından ibarət yardım edəcək və bu yardımın yaxın vaxtlarda ölkəyə gətirilməsi gözlənilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]