ABŞ İRAN PREZİDENTİNƏ VİZA VERİLMƏSİ MƏSƏLƏSİNƏ BAXIR
Xatırladaq ki, İran dövlətinin başçısı sentyabrın 19-da Nyu-Yorka, BMT Baş Məclisinin 61-ci sessiyasının açılışına gəlməyi planlaşdırır.
MakKormak təsdiqləmişdir ki, İran hökuməti vizanı rəsmiləşdirmək üçün bütün lazımi sənədləri vermişdir. Biz bu sənədlərə öz öhdəliklərimizə və qanunlarımıza müvafiq surətdə baxırıq.
MakKormak vurğulamışdır ki, əgər İran Prezidenti, nəzərdə tutduğu kimi, Nyu-Yorka, BMT Baş Məclisinin sessiyasına gəlsə, onun mühafizəsinə ABŞ-ın Məxfi Xidməti cavabdeh olacaqdır. Çünki Əhmədinejad dövlət başçısıdır. Hələ heç vaxt elə olmamışdır ki, ABŞ Nyu-Yorka, BMT Baş Məclisinin sessiyasına gəlmək istəyən xarici dövlət başçısına viza verməkdən imtina etsin.
O, İran rəhbərinə viza verilməsindən imtina edilməsi üçün hər hansı əsas olub-olmadığı barədə sualın cavabında BMT-nin iqamətgahı haqqında Saziş çərçivəsində ABŞ-ın öhdəliklərini xatırlatmışdır. Bununla da anlatmışdır ki, İran rəhbərinə viza, keçən il olduğu kimi, yenə də istənilən halda veriləcəkdir.