ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Əfqanıstana səfər edib
Bakı, 11 fevral, AZƏRTAC
ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan “Taliban” hərəkatı ilə Kabilin danışıqlar prosesinə dəstək vermək məqsədilə Əfqanıstana səfər edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, P.Şanahan Əfqanıstan Prezidenti Əşrəf Qəni və Birləşmiş Ştatların bu ölkədəki qoşun kontingenti ilə görüşlər keçirib. O deyib ki, səfər öncəsi Ağ evdən 14 minlik ABŞ qoşun hissələrinin sayının azaldılması ilə bağlı heç bir göstəriş almayıb. Şanahan əlavə edib ki, Əfqanıstanın yerləşdiyi region təhlükəsizlik baxımından ABŞ üçün strateji əhəmiyyətə malikdir.
Əfqanıstan rəhbərliyi ilə keçirilən görüşdə isə Kabilin ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar narahatlığı ifadə olunub. Əşrəf Qəni hesab edir ki, radikal “Taliban” qrupu ilə tam anlaşma olmadığı təqdirdə bu addımın atılması ölkədə qarşıdurmanı daha da şiddətləndirə, xaos yarada bilər. Amerikalı nazir isə bildirib ki, Əfqanıstanın gələcəyini ABŞ deyil, əfqan xalqı müəyyən edəcək.
P.Şanahan deyib ki, səfərdən sonra Kabildə aparılan danışıqlar və ölkədəki vəziyyətlə bağlı ABŞ Prezidenti Donald Trampa məruzə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]