ABŞ QAZAXISTANI ATOM SƏNAYESİ MƏHSULLARI İDXAL EDƏN DÖVLƏTLƏR SİYAHISINA DAXİL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Astanadan xəbər verir ki, ABŞ Ticarət Departamentinin sənaye və təhlükəsizlik bürosu Qazaxıstanı “A” qrupuna- atom sənayesi məhsulları idxal edən dövlətlər siyahısına daxil etmişdir. Bu o deməkdir ki, Amerika şirkətləri respublikaya nüvə materialları gətirmək üçün daha ABŞ xüsusi xidmət orqanlarında müxtəlif mərhələlərdən keçməyəcəklər. Büro öz qərarını belə izah edir ki, Qazaxıstan Nüvə Təchizatı Qrupu qarşısında öz vəzifələrini yerinə yetirmişdir. Bu qrupa dünyanın 39 ölkəsi daxildir. Sənaye və təhlükəsizlik bürosu, həmçinin qeyd edir ki, ABŞ atom sənayesi məhsullarının Qazaxıstana göndərilməsində məqsəd nüvə silahının yayılmasına qarşı mübarizə proqramının həyata keçirilməsində respublikaya kömək göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]