İQTİSADİYYAT
ABŞ şirkəti 10 terabayt tutumlu sərt disklər təqdim edib
Bakı, 20 iyul, AZƏRTAC
ABŞ-ın “Seagate” şirkəti “Guardian” istehsal xəttindən 10 terabayt tutumlu yeni sərt disklər təqdim edib. Buraya fərdi kompyuterlər üçün “Seagate BarraCuda” toplayıcısı, videomüşahidə məlumatlarının saxlanılması üçün “IronWolf” və “SkyHawk” sərt diskləri daxildir.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, toplayıcıların hamısı “SATA” interfeysli standart 3,5 düymlü sərt disklərdir. Fərdi kompyuterlər üçün 10 terabayt tutumlu “BarraCuda Pro” modelinin şpindelinin fırlanma sürəti 7200 dövr/dəq təşkil etməklə yüksək məhsuldarlığa və 5 illik zəmanətə malikdir. 10 terabayt tutumlu "IronWolf” diski səhvə davamlılığı ilə seçilir.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, “IronWolf” sinfində plastinləri sabitləşdirmək üçün rotasiya vibrasiyası ötürücülərindən istifadə edən ilk toplayıcılardır.
“IronWolf” və “BarraCuda” toplayıcıları artıq satışa çıxarılıb. Hazırda məhdud sayda sifarişçiyə tədarük edilən "SkyHawk” disklərinin yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir. “BarraCuda Pro” modelinin qiyməti 535 dollar təşkil edəcək.