ABŞ Ukraynaya 425 milyon dollar dəyərində hərbi yardım ayırıb
Kiyev, 3 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları noyabrın 3-də Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Onun ümumi dəyəri 425 milyon dollardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
"Bu gün Müdafiə Departamenti Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə təhlükəsizlik yardımı elan etdi. Buraya, təcili döyüş ehtiyaclarını ödəmək üçün Müdafiə Nazirliyinin ehtiyat fondundan 125 milyon dollar ayrılıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, uzunmüddətli perspektivdə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsündən (USAI) 300 milyon dollar da ayrılıb.
Söhbət 2021-ci ilin avqust ayından Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya veriləcək əllinci tranşdan gedir. Yardıma zenit-raket sistemləri - NASAMS üçün əlavə sursat, Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat, 155 və 105 mm çaplı artilleriya mərmiləri, boru ilə buraxılan, optik izlənən, məftillə idarə olunan (TOW) raketlər, "Javelin" və AT-4 tank əleyhinə sistemlər, 3 milyondan çox atıcı silah və qumbaraatan, maneələri aradan qaldırmaq üçün sökülmə sursatları, M18A1 Claymore piyada əleyhinə sursat və s. daxildir. Ukrayna pilotsuz təyyarə sistemləri ilə mübarizə üçün əlavə lazerlə idarə olunan sursat da alacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [19:37]
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
- 04.10.2026 [16:50]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:49]
Türkiyənin cənubunda üç zəlzələ baş verib
- 04.10.2026 [16:25]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]