ABŞ və Yaponiya Şimali Koreyaya təzyiqlərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər
Tokio, 24 may, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono və ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreya tərəfindən kütləvi qırğın silahlarının və ballistik raketlərin tam ləğvi üçün konkret addımlar atılmasına nail olmaq məqsədilə razılığa gəliblər.
Yaponiya XİN-dən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, bu barədə razılaşma T.Kononun M.Pompeo ilə mayın 23-də Vaşinqtonda baş tutan görüşü zamanı əldə edilib.
Danışıqlar zamanı, tərəflər Şimali Koreyaya nüvə silahı da daxil olmaqla bütün kütləvi qırğın silahlarının və ballistik raketlərin ləğvi üçün konkret addımlar atmasına nail olmaq məqsədilə təzyiqlərin davam etdirilməsi barədə razılıq əldə ediblər.
Görüşdən sonra jurnalistlərə məlumat verən T.Kono bildirib ki, o, ABŞ Prezidenti Donald Trampın sammitin keçirilməsi üçün müəyyən şərait yaradılmayınca onun təşkili mənasızdır fikri ilə tamamilə razıdır. T.Kono əlavə edib ki, əsas məqsəd Şimali Koreya tərəfindən nüvə silahının və raketlərin istehsalının dayandırılması, həmçinin oğurlanmış yapon vətəndaşları probleminin həllidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]