“Abşeron” futbol klubunun qapıçısı Andrey Popoviç Almaniya komandasında debüt etmişdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan milli komandasının və Bakının “Abşeron” klubunun qapıçısı Andrey Popoviç Almaniyanın “Fortuna” komandasında debüt etmişdir.
AZƏRTAC xəbər verir ki, bir neçə gündür Almaniya klubunda baxışda olan futbolçu dördüncü liqada mübarizə aparan “TuS Qrevenbroiç” klubunun 100 illik yubileyinə həsr olunan yoldaşlıq görüşündə meydana çıxmışdır.
“Fortuna”nın baş məşqçisi Norbert Meyer futbolçunu start heyətində meydana buraxmışdır. Baş məşqçi oyunun ikinci yarısında heyətdə dəyişikliklər etsə də, qapıçını əvəzləməmiş və o, 90 dəqiqə oynamışdır.
“Schloss-Stadion” stadionunda keçirilən oyunda “Fortuna” 2:1 hesablı qələbə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]