Abşeron idmançıları ötən il 256 medal qazanıblar
Xırdalan, 11 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Son illər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qələbələri davamlı xarakter alıb. Əldə olunan nailiyyətlərdə abşeronlu idmançıların da payı var. Onlar keçən il beynəlxalq yarışlarda 45 qızıl, 24 gümüş və 25 bürünc medal əldə ediblər.
Bu barədə AZƏRTAC-a müsahibəsində Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev məlumat verib.
Onun sözlərinə görə, rayonda 6300 nəfərə yaxın yeniyetmə və gənc idmanın 28 növü ilə məşğul olur. Ötən il rayon gəncləri 10 respublika tədbirində, 30 beynəlxalq və 48 respublika idman yarışında iştirak edib. Abşeronlu gənclər idman yarışlarında 256 medal qazanıblar. Onlar 11 xarici ölkədə keçirilən beynəlxalq yarışlardan 45 qızıl, 24 gümüş və 25 bürünc medalla geri dönüblər.
İdarə rəisi xüsusilə vurğulayıb ki, 2018-ci ildə Hacı Əliyev Rusiyada keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanaraq beşqat Avropa çempionu olub. Xırdalan şəhər 1 saylı tam orta məktəbin şagirdi 12 yaşlı Ümid Aslanov isə Qazaxıstanda keçirilən şahmat üzrə beynəlxalq turnirdə qızıl medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]