ABŞERON MƏKTƏBLƏRİNDƏ BURAXILIŞ İMTAHANLARI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 6-da Abşeron rayonu ümumtəhsil məktəblərinin 1600 məzunu yazılı test imtahanları vermişdir. Rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev demişdir ki, imtahanlar ilk dəfədir ki, yeni formatda - mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Təhsil Nazirliyinin həyata keçirdiyi müvafiq təşkilati tədbirlər məzunlara buraxılış imtahanlarının yeni formasına uğurla hazırlaşmaq imkanı vermişdir.
Məzunlar 8 fənn üzrə öz biliklərini sınaqdan keçirmişlər.
N.Ağayev vurğulamışdır ki, qaydalara görə, hər hansı fəndən “iki” qiymət almış məzuna attestat verilməyəcək. Test imtahanlarını keçirmək üçün rayonda hər cür şəraitlə təmin olunmuş beş mərkəz yaradılmışdır.
Qeyd edək ki, Abşeron rayonunda fəaliyyət göstərən 31 orta məktəbdə təhsil alan 25 min şagirdə 2500 müəllim bilik öyrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]