ABŞERONDA RABİTƏ ŞƏBƏKƏSİ NGN TEXNOLOGİYASI ƏSASINDA QURULUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Aztelekom” İstehsalat Birliyi ilə “ Komplas” şirkəti arasında aparılan danışıqların nəticəsi olaraq Abşeronda Next Generation Network (NGN) - gələcək nəsil şəbəkəsi “İskratel” şirkətinin avandanlığı hesabına qurulacaqdır. Şirkətlə birlik arasında bu istiqamətdə müqavilə imzalanmışdır.
Xatırladaq ki, Gəncə, Sumqayıt və Abşeronda rabitə şəbəkəsinin NGN texnologiyası əsasında qurulması üçün tender elan edilmiş, qalib Azərbaycanın ”Komplas” şirkəti olmuşdur. Gəncə və Sumqayıtda bu layihənin hansı şirkətin avadanlığı hesabına reallaşacağı hələlik məlum deyil.
NGN danışıq, görüntü və məlumatların ötürülməsini nəzərdə tutan universal şəbəkədir. Bu texnologiyanın tətbiqi abonentlərə VoLP, səsli poçt, multimedia xidmətləri, virtual özəl şəbəkə, videokonfrans və s. xidmətlərdən istifadə etməyə şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]