REGİONLAR
Abşeronlu gənc musiqiçilər Qobustan rayonunda konsert proqramı ilə çıxış ediblər
Xırdalan, 12 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Qobustan rayonunda konsert proqramı ilə çıxış edib.
Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, kollektiv İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qobustan rayon Təklə kənd uşaq musiqi məktəbinin qonağı olub.
Təklə kənd uşaq musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov və Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Nəzakət Vəliyeva belə tədbirlərin keçirilməsinin, musiqi məktəbləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının şagirdlərin mənəvi-estetik zövqünün formalaşması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonra abşeronlu gənc musiqiçilər konsert proqramı ilə çıxış ediblər.