ACLIQLA MÜBARİZƏYƏ HƏR İL 15-20 MİLYARD DOLLAR AYRILMALIDIR
Ərzaq böhranının aradan qaldırılması planının həyata keçirilməsi üçün hər il təxminən 15-20 milyard dollar ayrılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 4-də Romada BMT-nin baş katibi Pan Gi Mun dünyada ərzaq təhlükəsizliyi problemlərinə həsr olunmuş beynəlxalq konfransın ikinci günü bildirmişdir.
O, mətbuat konfransında demişdir: “Fəaliyyət planı dərhal hazırlanmalıdır, milyonlarla insan onu gözləyir”.
Baş katib əlavə etmişdir: “Bizim bu mübarizədə uduzmağa haqqımız yoxdur, aclıq qeyri-sabitlik yaradır və biz indi birlikdə fəaliyyət göstərməliyik”.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının zirvə görüşü ərəfəsində yayılmış məruzədə deyilir ki, hazırda dünyada 1,2 milyard aclıqdan əziyyət çəkən insan var. Hər gün 10 min uşaq və 25 min yaşlı acından ölür. Aclıq əvvəllər bu problemlə üzləşməyən ölkələrdə də yayılır.
Sənəddə vurğulanır ki, dünyada ərzağın qiymətinin artması sosial təbəqələşmə probleminin kəskin hiss edildiyi və əhalinin yaşayış şəraitindən narazılığının kütləvi nümayişlər və aclıq üsyanları doğurduğu 50 ölkədə hakim rejimlərin devrilməsi təhlükəsini yaradır. BMT dünyada son ilyarımda 400 milyon nəfərə çatmış acların sayının sürətlə artmasından narahatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:07]
ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb
- 10.06.2026 [11:53]
® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO
- 10.06.2026 [11:38]
AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan
- 10.06.2026 [11:04]
Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb
- 10.06.2026 [10:59]
Ölkədə əmək müqavilələrinin sayı artıb
- 10.06.2026 [10:23]
Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO
- 10.06.2026 [10:18]
Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]