ADAU-da “Auditoriyadan tarlaya” layihəsi icra olunub
Gəncə, 31 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Gənclər Fondu (AGF) ilə birgə həyata keçirilən “Auditoriyadan tarlaya” layihəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, Universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə bildirib ki, “Auditoriyadan tarlaya” layihəsinin keçirilməsində məqsəd region gənclərinin ictimai fəallığının artırılmasından ibarətdir.
Layihə çərçivəsində “Auditoriya və praktika”, "Aqrar sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?”, “Fermer yerli aqronoma inanırmı?” adlı maarifləndirici təlimlər keçirilib, layihə iştirakçılarının Universitetin tədris-təcrübə təsərrüfatına ekskursiyası təşkil olunub.
Sonda layihə iştirakçılarına sertifikatlar verilib.