ADNSU-da kitab sərgisi təşkil edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “17 noyabr - Milli Dirçəliş Günü” adlı kitab sərgisi təşkil olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, sərgidə dövlət müstəqilliyimizin bərpa olunması, xalqımızın milli istiqlal mübarizəsi və dövlətçilik tariximizə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş müxtəlif adlarda kitablar və dövri mətbuat materialları yer alıb.