ELM VƏ TƏHSİL
ADPU ilə Türkiyə universitetləri arasında ikili diplom proqramı müzakirə olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Türkiyənin Hacettepe və Hacı Bayram Vəli universitetləri ilə əməkdaşlığı genişləndirir.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, Türkiyənin Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı professor Şəfiqə Şule Ərçətin və Hacı Bayram Vəli Universitetinin dosenti Şuay Nilhan Açıqalın ADPU-nun qonağı olublar.
Görüşdə magistratura səviyyəsində ikili diplom proqramlarının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib. Konkret ixtisaslar üzrə nəzərdə tutulmuş ikili diplom proqramının icrası üçün ilkin danışıqlar aparılıb və tərəflər arasında razılıq əldə olunub.