ADY Bakı-Balakən-Bakı marşrutunun gecə səfərlərinə start verir
Bakı, 24 dekabr, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda, dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]