İQTİSADİYYAT
AERA-nın İdarə Heyətinin sədri “Bakı Yay Enerji Məktəbi” proqramında çıxış edib
Bakı, 28 iyul , AZƏRTAC
Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov ADA Universitetinin təşkilatçılığı ilə “16-cı Bakı Yay Enerji Məktəbi” layihəsi çərçivəsində keçirilən proqramda spiker qismində çıxış edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Samir Axundov çıxış zamanı Azərbaycanın enerji sektorunda uğurla həyata keçirilən islahatların önəmini vurğulayaraq elektrik enerjisi və kommunal xidmətlər sahəsinin mövcud durumu, elektrik enerjisi bazarının quruluşu, hədəf modeli, eləcə də kommunal xidmətlər üzrə tənzimləmə məsələləri ilə bağlı önəmli məqamları və dünya təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
S.Axundov, həmçinin enerji tənzimləməsi sahəsində AERA-nın fəaliyyəti haqqında məlumat verib.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.