İQTİSADİYYAT
AERA-nın İdarə Heyətinin sədri gürcüstanlı həmkarı ilə görüşüb
Bakı, 29 oktyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda “Bərpaolunan enerji mənbələri üzrə investisiyalar” mövzusunda keçirilən konfrans çərçivəsində Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) sədri Davit Narmania ilə görüşüb.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı enerji sahəsində Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, eyni zamanda, AERA və GNERC arasında qarşılıqlı əlaqələrin və təcrübə mübadilələrinin inkişaf etdirilməsi yönündə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:37]
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
- 06.05.2024 [18:02]
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
- 06.05.2024 [17:14]
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir
- 06.05.2024 [16:58]
® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
- 06.05.2024 [16:53]