AFFA İCRAİYYƏ KOMİTƏSİNİN İCLASINDA BİR SIRA MÜHÜM QƏRARLAR QƏBUL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 23-də AFFA-da qurumun İcraiyyə Komitəsinin (İK) iclası keçirilmişdir.
AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə keçən iclasda bir sıra mühüm qərarlar qəbul olunmuşdur.
İK-nın çıxardığı qərara əsasən, futzal üzrə Azərbaycan milli komandasına baş məşqçi təyin olunmuş braziliyalı Joze Alesio da Silva ilə 4 aylıq müqavilə imzalanacaq.
Digər qərarla 17 yaşadək futbolçularla bağlanan müqavilələrin müddəti minimum 6 ay, maksimum 3 il müəyyənləşdirilmişdir.
Klubların nəzdində futbolla məşğul olan uşaqların 11 yaşdan başlayaraq məlumat bazası yaradılaraq elektron qeydiyyatı aparılacaqdır.
Bundan əlavə Avropa kuboklarında iştirak etmiş hər bir kluba UEFA tərəfindən ayrılmış 26 min manat həmin komandalara veriləcəkdir. AFFA bu məbləğin uşaq futboluna xərclənməsinə nəzarət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]