AFFA “Smart oyun” idarəetmə sistemini tətbiq edəcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Bu ildən etibarən AFFA tərəfindən təşkil olunan U-10, U-11, U-12, “Coca-Cola U-13” və U-14 liqalarında “Smart oyun” adlandırılan elektron idarəetmə sistemi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, 12 mərkəzləşdirilmiş regionda AFFA-nın yerli nümayəndələri tərəfindən bu sistemə giriş təmin edilib. Bu ildən etibarən mərkəzləşdirimiş regionlarda keçirilən oyunların sənədləşmə prosesi, oyun protokollarının doldurulması və nəticələrin ötürülməsi, təqvim və turnir cədvəlinin işlənilməsi onlayn olaraq smart sistemlə idarə olunacaq. Bu məqsədlə AFFA tərəfindən regionlardan müvafiq mərkəzlərə əməkdaşlar işə götürülüb. Sistemin tətbiqi yarışların keçirilmə prosesinin təkmilləşdirilməsini və sürətləndirməsini, uşaq liqalarının idarə olunmasında müasir texnologiyaların istifadəsini təmin edəcək, həmçinin sistemə daxil ediləcək məlumatların elektron mübadilə vasitələrində, sosial şəbəkələrdə yayılmasına, liqaların təbliğatının gücləndirilməsinə təkan verəcək. Oyunlar başa çatdıqdan sonra digər məlumatlarla yanaşı, qarşılaşmalarda çəkilmiş fotolar da sistemə paralel olaraq AFFA-nın sosial şəbəkələrdəki səhifələrinə daxil ediləcək. Oyunların iştirakçısı olan uşaqlar, eləcə də azarkeşlər həmin fotolara baxmaq, o cümlədən şəkilləri istifadə etdikləri cihazlara yükləmək imkanı əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]