Afrika-Azərbaycan biznes-forumunun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 12 may, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Afrika Biznes Şurasının nümayəndə heyəti arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti barədə məlumat verib.
Afrika Biznes Şurasının prezidenti xanım Amani Asfour təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışıb, Azərbaycan və Afrika işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə kənd təsərrüfatı, mədənçilik, tikinti və digər sahələrdə potensial əməkdaşlıq imkanları, qarşılıqlı investisiyaların təşviqi və biznes missiyalarının təşkili perspektivləri müzakirə edilib.
Eyni zamanda, Afrika Biznes Şurasının dəstəyi ilə Afrika-Azərbaycan biznes-forumunun təşkil edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, AZPROMO cari ilin iyun ayında Misirdə keçiriləcək Afrika İttifaqı İcraiyyə Şurasının 49-cu iclasına və oktyabr ayında Cənubi Afrika Respublikasında təşkil olunacaq Afrika Mədən Konfransında iştiraka dəvət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [08:39]
Birjalarda qızılın və gümüşün qiyməti azalıb
- 04.10.2026 [08:21]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]