Afrikada pandemiyanın pik həddinin arxada qaldığı ehtimal olunur
Cenevrə, 26 avqust, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, Afrika qitəsi koronavirus pandemiyasının pik həddini artıq arxada qoyub. Qurum bu barədə məlumatı ÜST-nin Afrika regionu üzrə direktoru Matşidiso Moetiyə istinadla yayıb.
AZƏRTAC xəbər verir ki, regionda gündəlik yoluxma hallarında geriləmənin qeydə alınması artıq pik həddin arxada qaldığını ehtimal etməyə əsas verir. Bununla belə bildirilib ki, regionda Namibiya kimi bəzi ölkələrdə gündəlik yoluxmaların sayı hələ də artmaqdadır. AFP xəbər agentliyinin apardığı statistik araşdırmaya görə, Afrikada ilk yoluxma halının qeydə alındığı 14 fevral tarixindən indiyədək bu qitədə 1,2 milyon nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 28 min nəfərdən artıqdır. Qitədəki yoluxma hallarının yarıdan çoxu yalnız bir ölkənin - Cənubi Afrika Respublikasının payına düşür. Dünyada koronavirusa yoluxanların sayına görə beşinci yerdə olan bu ölkədə də hazırda yoluxma və ölüm hallarında azalma müşahidə olunmaqdadır.
Afrikadakı vəziyyətin pandemiyanın ilk dalğasından sonrakı müvəqqəti azalma və ya həqiqətən də pandemiyanın səviyyəsinin aşağı düşməsi sual doğurur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
- 03.10.2026 [06:51]
Hörmüz boğazında neft tankerinə atəş açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]