Ağcabədidə aptekdən narkotik tərkibli dərman preparatları aşkarlanıb
Bakı, 2 aprel, AZƏRTAC
Ağcabədi şəhərindəki apteklərin birində narkotik tərkibli dərman preparatlarının qanunsuz satışı ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A.Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman preparatları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.