Ağcabədidə keçirilən qanvermə aksiyasında 100-dən çox donor qan verib
Ağcabədi, 22 dekabr, AZƏRTAC
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında “Talassemiyasız həyat naminə” layihə çərçivəsində qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyasına könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Aksiya zamanı 100-dən çox donor qan verib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.