Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
Ağcabədi, 19 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin kollektivi şəhid ailələrinin evlərinə gedərək, onları bayram münasibətilə təbrik ediblər. Şəhid ailələrinə ərzaq yardımı verilib.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.