AĞCABƏDİDƏ UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi
Filialında Beynəlxalq Xilasetmə Komitəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə gününə həsr edilmiş “Biz hüquqlarımızı öyrənirik” mövzusunda tədbir keçirilmişdir.
Yığıncaqda Təhsil Nazirliyinin, rayon təhsil şöbəsinin, uşaq təşkilatlarının
nümayəndələri, Ağcabədi şəhərindəki 2, 5 və 11 nömrəli orta məktəblərin şagirdləri, müəllimləri və valideynlər, Beynəlxalq Xilasetmə Komitəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pamela Flauers iştirak etmişlər.