Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib
Bakı, 2 noyabr, AZƏRTAC
Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (“Rail Trans Service” MMC, “Mister Décor” MMC, “Almet Holding” QSC və “Eel Electric” MMC) 250-dən çox daimi iş yeri yaradılacaq.