Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları axtarışda olan cinayətkarı tutmuşlar
Bakı, 10 may (AZƏRTAC). Mayın 8-də Ağdaş şəhərində yaşayan Firuzə Səmədovanın baş nahiyəsindən küt alətlə vurularaq qətlə yetirilmiş meyiti tapılmışdır.
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Qaradağlı kənd sakini, əvvəllər məhkum olunmuş Pərviz Əsədov yaxalanmışdır.
Hadisə ilə əlaqədar F.Səmədovanın qızı Aygün Hacıyevanın yaşadığı evə baxış zamanı evin zirzəmisindən 1 “AKS” markalı avtomat silahı, 1 güllə darağı, 43 avtomat patronu və 1 ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Mayın 8-də Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində kirayədə yaşayan Masallı rayon sakini Teymur İsrafilov sərxoş halda ailə münaqişəsi zəminində oğlanları - Ruslan İsrafilova və Seymur İsrafilova bıçaqla xəsarət yetirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]