AĞSTAFADA MİLLİ FƏALİYYƏT PLANININ TƏTBİQİ VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi və təhlili məqsədilə Ağstafa rayonunda ictimai dinləmə keçirmişdir.
Tədbirdə rayon icra hakimiyyəti və bələdiyyələri, məhkəmə, daxili işlər şöbəsi və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai qurumların, yerli qeyri-hökumət təşkilatları və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak etmişlər.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova, ölkəmizin digər bölgələri kimi, Ağstafa rayonunun da inkişaf etdiyini, burada abadlıq işlərinin aparıldığını bildirmiş, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər çıxış edənlər rayonda MFP üzrə həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
E.Süleymanova problemlərin aradan qaldırılması üçün səylərin birləşdirilməsinin, insan hüquqlarının, o cümlədən ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların hüquqlarının daha etibarlı müdafiəsinin vacibliyini bildirmişdir.
Səfər çərçivəsində müvəkkil Ağstafa Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]