Ağstafada qanvermə aksiyası keçirilib
Ağstafa, 27 aprel, Famil Quliyev, AZƏRTAC
Ağstafa rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Fatma Vəliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xeyriyyə aksiyasına sakinlər həvəslə qoşulublar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə keçirilən tədbirdə Eyvazov adına Elmi-Tədqiqat Hemotalogiya və Transfuziologiya İnstitutunun əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə ediblər.
Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün tibb müəssisəsinə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 125 nəfərindən qan götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:54]
Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir
- 08.06.2026 [10:44]
Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB
- 08.06.2026 [10:42]
Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək
- 07.06.2026 [16:32]
Qusarda gənc voleybolçuların seçimi aparılıb
- 07.06.2026 [15:15]
Qəbələdə peşə təhsilinə dair forum VİDEO
- 07.06.2026 [14:34]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 07.06.2026 [14:00]