Ağsuda indiyədək 2300 tondan çox meyvə yığılıb
Ağsu, 7 avqust, AZƏRTAC
Ağsu rayonunda meyvə yığımı davam edir və hələlik bağlardan 2320 ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Ağsuda meyvə bağlarının sahəsi 3287 hektara çatdırılıb. Bunun da 2945 hektarı məhsuldardır. Yaz aylarından bəri daha tez yetişən meyvələr yığılır. İndiyədək 746 ton alça, 252 ton alma, 202 ton armud, 252 ton gavalı, 206 ton gilas, 69 ton albalı, 43 ton ərik və digər meyvələr tədarük olunub. Yığılan məhsul ötən ilin müvafiq dövründəkindən 360 ton çoxdur. Rayonun xüsusilə aran və dağətəyi əraziləri olan Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, habelə dağlıq ərazilər olan Kalva, Nuran, Xanbulaq və digər ərazi icra nümayəndəliklərində bağlardan bol məhsul yığılır.
Qarşıda nar, heyva və digər gec yetişən meyvələrin yığım dövrü gəlir. Cari ildə bu bağlardan da yüksək məhsul gözlənilir. Qeyd edək ki, builki mövsümdə Ağsuda bağlardan 12 min 600 tondan çox məhsul yığılacağı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]