Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İradə Hüseynova: Azərbaycanın Zəfər bayramı böyük fərəh və coşqu ilə qeyd olunur

Akademik İradə Hüseynova: Azərbaycanın Zəfər bayramı böyük fərəh və coşqu ilə qeyd olunur

Bakı, 7 noyabr, AZƏRTAC

Artıq üçüncü ildir ki, müstəqil dövlətçiliyimizin təntənəsi, ərazi bütövlüyümüzün bərpası və milli qürurumuzun təsdiqi olan, Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər bayramı fərəh hissi və coşqu ilə qeyd olunur. Düşmən dövlətlərlə savaşlarda qazanılmış tarixi qələbələrin, xüsusən bu döyüşlərdə ölkə torpaqlarının yad tapdağı altından azad edilməsinin hər hansı xalqın özünüdərkinin və özünəinamının artmasına, siyasi, iqtisadi və milli-mənəvi yüksəlişinə doğru atılmış ən böyük, inqilabi bir addım olduğu şəksizdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. İ.Hüseynova bildirib ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində, şəhid və qazilərimizin qanı, canı bahasına qazanılmış böyük Zəfərin, Azərbaycan bayrağının bütün Qarabağda, xüsusən də Şuşada, Laçında, Xocalıda, Xankəndi şəhərində dalğalanmasının sevinci ilə yaşayır. Əminəm ki, bu sevinci bir dəfə hiss etmiş xalqla artıq heç kəs güc dili ilə danışa, torpağına, şərəfinə, müstəqilliyinə, təhlükəsizliyinə göz dikə bilməz!

“Builki bayram, həmçinin xüsusi bir özəlliyə malikdir. Azərbaycan dövləti son 3 ildə ardıcıl olaraq yaxınlaşdığı daha bir məqsədinə çatıb. 23 saatlıq antiterror tədbirlərində dövlət suverenliyi bütün ərazilərimizdə tam şəkildə bərpa edilib, düşmən qüvvələr tərk-silah edilib, torpaqlarımızı tərk ediblər. Antiterror tədbirlərinə hazırlıq da böyük siyasət və iradənin göstəricisidir: proseslər ötən ilin dekabrında Laçın yolunda ekoloqların çıxışları və dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ilə intensivləşib, düşmənin hərbi təchizatının qarşısı qətiyyətlə alınıb”,- deyə akademik qeyd edib.

Alim vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin sarsılmaz iradə və qətiyyətlə davam və inkişaf etdirdiyi, milli dövlətçiliyin və tam müstəqilliyin təmin olunmasına, iqtisadiyyatının möhkəmləndirilməsinə, regionda ən güclü ordunun qurulmasına, silahlı qüvvələrin mödernləşdirilməsinə istiqamətlənmiş strateji siyasi kurs Böyük Zəfərin və suverenliyin tam bərpasının həlledici bazisi olub. Buraya dövlət başçımızın yüksək ustalıq və zərgər dəqiqliyi ilə həyata keçirdiyi diplomatiya və informasiya siyasətini, beynəlxalq təşkilatların, xüsusən BMT-nin, Avropa strukturlarının, Türk Dövlətləri Təşkilatının, Qoşulmama Hərəkatının, İslam birliyinin tribunalarında əldə etdiyi ciddi uğurları da əlavə etmək lazımdır. Prezident İlham Əliyevin bu sözləri həmin tribunalardan səsləndirdiyi fikirlərin başlıca tezisi kimi qəbul edilə bilər: “... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa etdik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etdik”.

Müzəffər Ali Baş Komandan bu və digər müstəvilərdə Fransa kimi ermənipərəst dövlətlərdən, siyasi və hərbi mərkəzlərdən ölkəmizə yönələn təhdidləri bu gün də zərərsizləşdirməkdə davam edir. Bu gün Azərbaycan Respublikası yerləşdiyi coğrafiyada tarixən mövcud olmuş bütün dövlətlər və dövlət qurumları sırasında öz gücü, intensiv iqtisadi və mədəni inkişafı, siyasi mühitdə demokratik sistem quruculuğu, insan indekslərinin yüksək kəmiyyətlərinin təmin edilməsi ilə seçilir. Dövlətimiz birmənalı olaraq xalqın iradəsinin nəzərə alınması ilə, sarsılmaz xalq-iqtidar birliyi və əmin-amanlıq şəraitində idarə olunur. Bütün bunlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə bir an belə dayanmayan irimiqyaslı quruculuq işləri, regiona “Böyük Qayıdış” Azərbaycan Prezidentinin böyük siyasi, iqtisadi, mədəni, dövlətçilik, elm və təhsil strategiyasının həyata keçirilməsi sayəsində gerçəkləşdirilib və daha da intensivləşdirilməkdədir.

Qələbədən ötən dövr ərzində həm Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun üzvü kimi, həm də AMEA Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən keçirilmiş tədbirlərin təşkilatçısı kimi mən Ağdam, Laçın, Zəngilan, Şuşa, Füzuli, Tərtər və digər rayonlara dəfələrlə səfər edib, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini böyük fərəhlə müşahidə etmişəm. Füzuli şəhərində ilk yaşayış massivinin istifadəyə verilməsi ilə məskunlaşmaya başlanılması, keçmiş qaçqınların Laçına, Zəngilana və digər ərazilərə axınla qayıdışı, bu ərazilərdə elektrik stansiyalarının, fabrik və sexlərin, kənd təsərrüfatı müəssisələrinin işə düşməsi sevindirici hadısələrdir. Ötən 3 il ərzində Azərbaycanın müvafiq elmi-tədqiqat müəssisələri və alimləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də müxtəlif səviyyələrdə yaradılmış digər işçi qrupların işində, müvafiq fəaliyyət proqramlarının icrasında, region üzrə bioloji və radioekoloji monitorinqlərin həyata keçirilməsində, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak ediblər.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, alimlər tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji durumunun, ərazilərin inkişaf perspektivlərinin öyrənilməsi üzrə multidisiplinar tədqiqatlar aparılmaqdadır.

Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşri işıq üzü görüb. Bu nəşr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutların, bütün yaradıcı kollektivinin Ulu Öndərin 100 illik yubileyinə töhfəsidir. II nəşrdən fərqli olaraq, bu dəfə nadir və itmək təhlükəsində olan flora və fauna növlərinin tədqiqi və beynəlxalq meyar və kateqoriyalarla qiymətləndirmə və “Qırmızı kitab”a daxil edilmə prosesinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri də cəlb edilib.

“Prezident İlham Əliyev suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizə də daxil olmaqla, bütün taleyüklü məsələlərdə Azərbaycan xalqına arxalanır, xalq isə son 20 il ərzində onun apardığı siyasəti tam şəkildə dəstəkləməklə öz liderinə güvənir. Yenə də ehtiyac olarsa, məhz onun rəhbərliyi dövründə vətənpərvərlik ruhunda tərbiyə edilmiş fədakar Azərbaycan oğulları dövlət başçımızın çağırışı ilə Vətənin şərəfi və namusu, müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qalxa bilərlər. Lakin əminəm ki, bundan sonra daha Vətən yolunda ölmək deyil, yaşamaq və yaratmağa, gənclərimizin qüvvə, elmi bilik və intellektlərini xalqımızın və dövlətimizin inkişafı yolunda sərf etməyə ehtiyac olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə Prezidentin rəhbərliyi ilə yeni-yeni infrastruktur layihələri həyata keçiriləcək, müasir, abad, “ağıllı” yaşayış məntəqələri insanların istifadəsinə veriləcək, müxtəlif təsərrüfat sahələri bərpa və inkişaf etdiriləcək, yeniləri yaradılacaq. Prezident İlham Əliyev sözünə hər zaman sadiqdir. Onun “Biz Zəngəzura da qayıdacağıq, amma bu, hərb yolu ilə deyil, dinc yolla baş verəcək” - sözləri də, şübhəsiz ki, gerçəkləşdiriləcək.

Əminəm ki, siyasi, iqtisadi, sosial-mədəni, milli-mənəvi inkişaf yolunda dövlətimizi və xalqımızı yeni-yeni zirvələr, daha böyük uğurlar gözləyir. Çünki dünya “siyasi okeanı”nda uğurla öz məqsədlərinə doğru üzən Azərbaycan adlı gəminin sükanı böyük Liderin güclü əllərindədir”,- deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir