AKVARELİN MÖCÜZƏLİ SEHRKARI
Fevralın 15-də “Speys” müstəqil teleradio şirkətində rəssam, şair, filosof, səyyah Çingiz Əzizin fərdi sərgisi açılmışdır.
Şirkətdən AZƏRTAC-ın müxbirinə demişlər ki, mərasimdə çıxış edənlər Çingiz Əzizin keçmiş SSRİ-də və xaricdə böyük sərgilərin iştirakçısı olmasından, onun əsərlərinin Tretyakov muzeyində, 20 ölkədə şəxsi kolleksiyalarda, müxtəlif fondlarda saxlandığından, rəssamın Moskvada və digər şəhərlərdə beş fərdi sərgisinin keçirilməsindən danışmışlar. Qeyd olunmuşdur ki, akvarelin möcüzəli sehrkarı olan Çingiz Əzizin psixoloji portretlərində, ekspressiv mənzərə tablolarında gözəllik, xeyirxahlıq, insan ruhunun ilahi ilkinliyi öz təsdiqedici, qurucu və yenilməz gücü ilə qələbə çalır.
Sonra rəssamın akvarel, rəngkarlıq və keramika işlərindən ibarət əsərlərinə baxış olmuşdur.
Sərginin açılışında müğənni Eyyub Yaqubov öz nəğmələrini ifa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]