“Alfa Romeo”nun pilotu Kimi Raykkonen uzun fasiləni problem saymır
Bakı, 18 iyun, AZƏRTAC
“Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen uzun müddət yarışlardan kənarda qalsalar da, bu amilin onlara elə bir təsir göstərməyəcəyini söyləyib.
AZƏRTAC xəbər verir ki, o, mətbuata açıqlamasında hazırda yaxşı formada olduqlarını söyləyib: “Arada ciddi fərq olacağını düşünmürəm. Şəxsən mən müntəzəm məşq edirdim. Onsuz hər qış boş vaxtlarımız olurdu. Sadəcə, bu dəfə fasilə bir qədər uzun oldu. Bu müddət ərzində isə məşqlərə ara vermirdim. Fikrimcə, sükan arxasına əyləşəndən sonra işimizin keyfiyyəti aşağı düşməyəcək”.
Qeyd edək ki, Formula 1-in yeni mövsümünə iyulun 5-də Avstriya Qran-Prisi ilə start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]