Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Məhkəmə təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının mülki məsuliyyətini açıqlayıb

Ali Məhkəmə təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının mülki məsuliyyətini açıqlayıb

Bakı, 3 mart, AZƏRTAC

Təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir. Bu, o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir. Azərbaycan Respublikası Ali Məhkəməsi ilk dəfə olaraq təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı mühüm məqamları “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında Plenum Qərarında açıqlayıb.

Ali Məhkəmədən AZƏRTAC-a bildirilib ki, təqsirsizlik prezumpsiyasının əsas məqsədi cinayət mühakiməsi üzrə icraatı həyata keçirən şəxslərə (təhqiqatçı, müstəntiq, prokuror, hakim) əsassız təzyiq və təsirin qarşısının alınmasına, şəxsin obyektiv şəkildə mühakimə olunmasına nail olmaqdır.

Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.

Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmış təqsirsizlik prezumpsiyasının pozulması iki halın eyni anda mövcudluğu ilə şərtləndirilir: şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün olmaması; şəxsin cinayət əməlinin törədilməsində təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılması.

Məsələn. Mediada “A adlı şəxsin B şəxsinə münasibətdə dələduzluq edərək, onun 10.000 manat məbləğində vəsaitini talamışdır” və ya “A adlı vəzifəli şəxs B adlı şəxsin işlə təmin edilməsi məqsədilə ondan 100.000 manat məbləğində rüşvət almaqla, korrupsiya cinayətini törətmişdir” məzmunda məqalənin dərc edilməsi, “A” adlı şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittihamedici hökmü yoxdursa, onun təqsirsizlik prezumpsiyasını pozur.

Təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmiş şəxs həm bu hüququn müdafiəsi üsullarının tətbiqi, həm də bu hüququn pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası tələblərini irəli sürə bilər.

Təqsirsizlik prezumpsiyası hüququnun pozulması şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə nəticələndiyindən, onun müdafiəsi üsullarını da şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi üsulları (biri və ya bir neçəsi tətbiq oluna bilər) təşkil edir: pozuntunun təsbit edilməsi; pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi); pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.); digər üsullar (məsələn, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi üsulu).

Şəxs, təqsirsizlik prezumpsiyası pozulduğu andan sadalanan tələbləri irəli sürə bilər. Şəxs barəsində sonradan ittihamedici hökm çıxarılaraq qanuni qüvvəsini alsa belə, tələb hüququ aradan qalxmır. Çünki cinayət əməlinin törədilməsi ilə bağlı təsdiqedici ifadələrin işlədildiyi və ya məlumatların yayıldığı vaxt qanuni qüvvəyə minmiş hökm mövcud olmayıb.

Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsi icraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub