Ali Məhkəmənin Plenumunda ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar qəbul olunub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda mülki və ailə qanunvericiliyinin tətbiqi üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə aparılmış ümumiləşdirmənin nəticələri, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən hazırlanmış “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq, müvafiq qərar qəbul edilib.
Plenumda, həmçinin konkret işlərə baxılıb.