ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİNİ MOBİL TELEFON VASİTƏSİLƏ ÖYRƏNMƏK OLAR
Azercell Telecom BM-dən AZƏRTAC-a bildirmişlər ki, bu müəssisə öz abonentlərinə təqdim etdiyi İmtahanCELL xidməti sayəsində hər SimSim və ya Azercell abonenti operativ olaraq ali məktəblərə qəbul imtahanlarının nəticələri barədə məlumatı əldə edə bilər. Bunun üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahanın nəticələrini rəsmi elan etdikdən sonra bir həftə ərzində abituriyentin altırəqəmli fərdi iş nömrəsini əks etdirən qısa mesajı 777 nömrəsinə göndərmək kifayətdir. Sonra isə abonentin telefonuna, abituriyent ali məktəbə daxil olduğu halda, ixtisas kodunu əks etdirən cavab mesajı göndərilir.
Əgər abituriyent daxil olduğu ali məktəbi və ixtisasını öyrənmək istəyirsə, bu halda ixtisas kodunu qısa mesaj vasitəsilə 778 nömrəsinə göndərmək lazımdır. Cavab mesajında isə onu maraqlandıran məlumat əks olunacaq.
İmtahanCELL çərçivəsində abonentlərin alacağı bütün məlumatlar TQDK-nın rəsmi məlumatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]