Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə rəsmi ziyafət VİDEO

Bakı, 3 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident, əziz qardaşım,

Bu gün çox əlamətdar bir gündür. Qardaş ölkənin Prezidenti, əziz qardaşım Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu səfərin tədbirlərində iştirak edən dostlar bu gün bizimlə bərabərdirlər. Artıq təkbətək, geniş tərkibdə görüşlərimizdə geniş fikir mübadiləsi aparılmışdır. Mətbuata bəyanatda da biz gördüyümüz, eyni zamanda, gələcəkdə görüləcək işlərlə bağlı öz sözlərimizi demişik.

Yekun olaraq bir daha demək istəyirəm ki, səfərin çox gözəl nəticələri vardır. Səfər çox uğurlu keçmişdir. Əminəm ki, bu rəsmi səfərin Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafına çox böyük dəstəyi olacaq, onlara böyük təkan verəcəkdir.

İndi isə biz çox xoş bir mərasimdə toplaşmışıq. Mənim əziz qardaşım Rəcəb Tayyib Ərdoğan 11 ildir ki, Türkiyəni inamla idarə edir. Biz Azərbaycanda Türkiyəni çox sevirik. Azərbaycanda elə bir insan tapılmaz ki, Türkiyəni öz doğma vətəni kimi sevməsin. Ona görə biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.

Son 11 il ərzində Türkiyə çox böyük və şərəfli yol keçmişdir. Bunun da bir səbəbi, daha doğrusu, bir səbəbkarı var - mənim əziz qardaşım. Biz hamımız yaxşı bilirik ki, əziz qardaşım hakimiyyətə gələnə qədər Türkiyənin vəziyyəti o qədər də ürəkaçan deyildi. İqtisadi, siyasi böhran yaşanırdı, Türkiyə böyük borc içində idi, beynəlxalq maliyyə qurumları müəyyən dərəcədə öz iradəsini ortaya qoyurdular, diktə edirdilər. Rəcəb Tayyib Ərdoğanın sayəsində, onun fəaliyyəti nəticəsində iqtisadiyyatda bütün xoşagəlməz hallara son qoyulmuşdur və Türkiyə inamla inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişaf baxımından Türkiyə ön sıralardadır. Bir neçə il bundan əvvəl dünyanı, Avropanı böhran bürümüşdü - iqtisadi, maliyyə böhranı. Bu böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə hökuməti xalq tərəfindən dəstəklənən düşünülmüş iqtisadi siyasət aparmışdır. Türkiyə bu illərdə “Böyük 20-lər”in üzvünə çevrilmişdir. Bu, tarixi nailiyyətdir. Türkiyə dünyanın aparıcı ölkələrini birləşdirən klubda ön sıralardadır. Bu da, göydəndüşmə deyil. Bu, gündəlik fəal işlərin nəticəsidir. Bu gün Türkiyənin xarici siyasətlə bağlı uğurları göz qabağındadır. Türkiyə indi nəinki bölgədə, eyni zamanda, dünyada gedən proseslərə öz təsirini göstərir, dünya miqyasında bir gücə çevrilmişdir. Əlbəttə ki, bütün bu işlərin görülməsində birinci rolu mənim əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan və onun yardımçıları, komanda üzvləri oynamışlar.

Bu illərdə - 11 il ərzində biz bərabər çalışmışıq. Çalışmışıq ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənsin. Halbuki bu dostluq, qardaşlıq o qədər möhkəmdir ki, bunu daha da möhkəmləndirmək o qədər də asan məsələ deyil. Ancaq biz çalışmışıq ki, tarixdən, əcdadlarımızdan gələn sifariş, bizə verilən vəsiyyət əsasında ölkələrimizin arasındakı birliyi daha da möhkəmləndirək.

Son illərdə enerji, sərmayə, nəqliyyat layihələri və digər layihələr nəinki bizi bir-birimizə daha da sıx bağladı, eyni zamanda, bölgəyə çox müsbət təsir göstərdi. Çünki bizim bütün təşəbbüslərimiz - istər siyasi, istərsə də iqtisadi, enerji, nəqliyyat sahələrində təşəbbüslərimiz bölgəyə fayda gətirir. Bizimlə əməkdaşlıq edən ölkələr də bundan fayda götürür. Bizim siyasətimiz xoşniyyətlidir. Biz öz maraqlarımızı və əgər belə demək mümkündürsə, təsir dairəmizi əməkdaşlıq üzərində qururuq. Yəni, biz həmişə hazırıq ki, başqa ölkələrə kömək edək, öz yardım əlimizi uzadaq. Yəni, bu xoş niyyət bizi fərqləndirir. Son illər ərzində Türkiyə-Azərbaycan birliyi dünya miqyasında, ən azı regionda həlledici amilə çevrilmişdir. Əminəm ki, biz bundan sonra da Türkiyə və Azərbaycan xalqlarının iradəsi ilə hələ çox işlər görəcəyik. Dediyim bütün bu məsələlər son prezident seçkilərində türk xalqı tərəfindən bir daha qeyd edildi. Əziz qardaşıma verilən səslər görülən işlərə verilən səslərdir. Xalq hər şeyi görür. Bizdə atalar sözü var: “Xalqın gözü tərəzidir”. Xalq hər şeyə düzgün qiymət verir. Türk xalqı düzgün qiymət vermişdir. Azərbaycan xalqı da düzgün qiymət vermişdir.

Bu gün bu tarixi səfərdə mən əziz qardaşımı Azərbaycan dövləti adından Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etmişəm. Əziz qardaşım, istəyirəm indi bu yüksək mükafatı Sizə təqdim edim.

X X X
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı oxundu.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdi.
X X X
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:

- Hörmətli qardaşım, ata yadigarı deyəcəm. Çünki Baş nazirliyim dövründə Heydər ata ilə bizim çox mənalı bir görüşümüz olmuşdu. İlham qardaşımla da o zaman tanış olmuşduq.

Təbii ki, münasibətimiz o gündən başlayıb və bu günə gəlib çıxmışıq. Çox şükürlər olsun, bir tərəfdən Azərbaycan, digər tərəfdən Türkiyə inkişaf etdi və bu günləri gördük. Bu günləri görməyi bizə lütf edənə şükürlər olsun. Təbii ki, bu baxımdan xalqlarımızın da rifahı güclü şəkildə yaxşılaşır. Bu gün adambaşına milli gəlirin səkkiz min dollara çatdığı Azərbaycan var. Haralarda idi, indi haraya gəldi. Türkiyədə isə bu göstərici 11 min dollara çatmaqdadır. Belə bir Türkiyə var. Təbii ki, biz bu uğurlarla fəxr edirik. Amma bunlar bizim üçün kifayət deyil. Bunu, inşallah, daha da irəli aparacağıq. Artıq biz də 20, 25, 30 min dollara çatacağıq. Bu iradə Azərbaycanda da, Türkiyədə də var. Əl-ələ verəcəyik, həmrəy olacağıq.

Mən bu gün “Heydər Əliyev” ordeni ilə təltif edilməkdən keçirdiyim iftixar, xoşbəxtlik hisslərini ifadə edə biləcək söz tapmaqda həqiqətən çətinlik çəkirəm. Ulu Öndəri rəhmətlə anıram. Bunu bizə layiq görən İlham Əliyev qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan xalqına çox-çox təşəkkür edirəm. Birliyini, bərabərliyini Rəbbim daimi etsin, - deyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kür” bu gün “APOEL” klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib