ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ II İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün ölkənin ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir.
II ixtisas qrupu üzrə ümumilikdə 7496 plan yeri nəzərdə tutulmuşdur.
Bakıda və Naxçıvanda keçirilən imtahanda bütövlükdə 21 min 841 abituriyent iştirak etmişdir. Onlardan 20 min 735-i Bakıda, 1106-sı isə Naxçıvanda imtahan vermişdir. Ümumilikdə, imtahan 34 ünvanda təşkil olunmuşdur.
Xatırladaq ki, III ixtisas qrupu üzrə iyunun 29-da, I ixtisas qrupu üzrə isə iyulun 8-də qəbul imtahanları keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, qəbul imtahanı verən və orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]