ALİMİN 80 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsində akademiyanın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Qaraş Mədətovun 80 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirilmişdir.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəmli alimin həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə danışmışdır.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix elmləri namizədi Vaqif Məmmədov Qaraş Mədətovun Azərbaycan tarixinə verdiyi elmi töhfələrdən bəhs etmişlər.
Elmi konfransda alimin oğlu Akif Mədətov çıxış edərək, atasının xatirəsinə göstərdikləri diqqət və qayğı üçün öz təşəkkürünü bildirmişdir.
Axırda konfrans iştirakçıları Qaraş Mədətovun elmi-pedaqoji fəaliyyətini əks etdirən kitablar və monoqrafiyalardan ibarət sərgiyə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]