Alimlər fizika sahəsində ən son yeniliklər barədə şagirdlərə məlumat veriblər
Bakı, 24 may, AZƏRTAC
Xırdalan şəhəri 6 saylı tam orta məktəbin X və XI sinif şagirdləri “Fizika aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşları ilə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş məktəblilərin elmə maraqlarını, bilik və bacarıq səviyyələrini artırmaq məqsədi daşıyıb. İnstitutun alimləri elmi müəssisənin fəaliyyəti, innovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə şagirdlərə məlumat veriblər.
Sonra müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.