Alman biznesi antiiran sanksiyalardan qorunacaq
Berlin, 10 may, AZƏRTAC
Almaniyanın iqtisadiyyat naziri Peter Altmeyer ABŞ-ın İran ilə nüvə sazişindən çıxmasının iqtisadi nəticələrinin minimuma endiriləcəyinə ümid edir.
AZƏRTAC xəbər verir ki, Altmayer ziyanın məhdudlaşdırılmasını nəzərdə tutduğunu etiraf edir. Nazir bu sazişin gələcəyi məsələsini Fransadan və Böyük Britaniyadan olan həmkarları ilə müzakirə etməyə hazırlaşır.
Altmayer ZDF ictimai-hüquq telekanalına müsahibəsində onu da bildirib ki, iş yerlərinin qorunub saxlanması üzrə tədbirlər görülməsi üçün İranda işləyən alman firmaları ilə də dialoqa başlamaq niyyətindədir. AFR İqtisadiyyat Nazirliyində bildiriblər ki, əgər antiiran sanksiyalar firmalara təsir edərsə həmin firmalara kompensasiya ödənilməsi məsələsi Aİ səviyyəsində müzakirə ediləcək.
Bundan bir gün əvvəl ABŞ Prezidenti İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunacağını vəd edəndən sonra ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell AFR-i İran ilə əməkdaşlığa “dərhal” son qoymağa çağırıb. Səfirin bu çağırışı alman biznes nümayəndələri tərəfindən kəskin tənqidə səbəb olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]