Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Bakı Dövlət Universitetində olmuşdur
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Bakı Dövlət Universitetində (BDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Biomüxtəlifliyin Davamlı idarə olunması heyətinin rəhbəri, doktor Kristian Gönner universitetin ekologiya və torpaqşünaslıq fakültəsində olmuşdur.
BDU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə K.Gönner fakültənin dekan əvəzi, dosent Nazim Şəmilov və bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova ilə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparmışdır.
Görüşdə həmçinin biomüxtəlifliyin öyrənilməsi, kurikulum və mühazirələrin keçirilməsi, çöl təcrübələrinin təşkil olunması barədə memorandum imzalanmasına hazırlıqla əlaqədar razılıq əldə olunmuşdur.
Bu ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olan qonaq universitetin laboratoriya və muzeylərində də olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]