Almaniya V4 ölkələrinin günəş energetikasına sərmayə yatırır
Berlin, 4 sentyabr, AZƏRTAC
Günəş energetikası sahəsində fəaliyyət göstərən Almaniya şirkətləri V4 ölkələrinin qanunvericilik bazasına mümkün dəyişikliklərin onların kommersiya gözləntilərini zərbə altına qoya biləcəyinə baxmayaraq, onlar bu ölkələrdə öz fəaliyyətini genişləndirirlər.
AZƏRTAC xəbər verir ki, Almaniya şirkətləri “Vışeqrad dördlüyü”nün üzvü olan dövlətlərdə bu sektora dövlət dəstəyinin azalması, habelə Macarıstan, Çexiya, Polşa və Slovakiyanın enerjiyə tələbatının artması səbəbindən həmin ölkələrdə günəş energetikasına investisiyalarını artırırlar. Son vaxtlar AFR-də ümumi gücü cəmi 10 meqavat olan yeni günəş parkları inşa edilib, halbuki təkcə 2018-ci ildə ancaq Macarıstanda 320 meqavatlıq günəş elementləri istismara verilib.
V4 dövlətləri indiyə kimi 2 giqabat gücündə (hazırda orta güclü AES-in elektrik enerjisi hasilatı ilə müqayisə oluna bilər) günəş elektrik stansiyalarının tikintisinə icazə veriblər. Alman sərmayədarlar düşünürlər ki, indi bir kilovat/saat elektrik enerjisini 10 avrosentə satmaq olar, halbuki hasilat gücü 1 kilovat olan mənbənin tikintisi üçün xərclər xeyli aşağıdır. Mümkün gəlirlə müqayisədə bu çox aşağı yatırım alman sərmayədarlara yaxşı qazanc vəd edir.
Bəzi şirkətlər belə bir məqama diqqət yetiriblər ki, hökumətlər elektrik enerjisi tariflərinin formalaşmasına müdaxilə edə bilərlər və nəticədə həmin sahədə işləyən şirkətlər xoşagəlməz sürprizlə qarşılaşarlar. Buna görə də Almaniya şirkətləri İspaniya və İtaliyanın müvafiq elektrik enerjisi seqmentlərinə, habelə Finlandiyanın külək enerjisi qurğularına sərmayə yatırmağa üstünlük verirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]