Almaniyada elektrik infrastrukturuna qarşı törədilən təxribatlarla əlaqədar araşdırmalar aparılır
Berlin, 2 sentyabr, AZƏRTAC
Almaniyanın təhlükəsizlik və istintaq orqanları Şimali Reyn-Vestfaliya və Brandenburq əyalətlərində ötən gün yüksəkgərginlikli elektrik xətlərində qısaqapanmaya səbəb olan iki təxribatla əlaqədar araşdırmaları davam etdirir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Brandenburq əyalətində Yanşvalde kömür elektrik stansiyası yaxınlığındakı yarımstansiyada naməlum şəxslər hazırladıqları uçan qurğular vasitəsilə yüksəkgərginlikli xətlərə keçirici material ataraq qısaqapanma törədiblər. Yayılan məlumatlarda əsas məqsədin genişmiqyaslı elektrik kəsintisi olduğu bildirilib. Hadisə nəticəsində elektrik enerjisinin verilişində ümumi fasilə yaranmasa da, elektrik stansiyasının bir bloku müvəqqəti sıradan çıxıb. Aparılan araşdırmalar nəticəsində ərazidə əlavə partlayıcı qurğular aşkarlanıb.
Digər hadisə isə Köln yaxınlığında - Berqhaymda yarımstansiyasında baş verib. Yaranan qısaqapanma nəticəsində “RWE” şirkətinin kömürlə işləyən 5 enerji bloku şəbəkədən ayrılıb. Buna baxmayaraq, əhalinin elektrik təchizatında fasilə yaranmayıb.
Şimali Reyn-Vestfaliya əyalətinin rəsmiləri hadisə üzrə təxribat şübhəsi ilə araşdırma aparıldığını açıqlayıb. Eyni zamanda, hər iki hadisə arasında mümkün əlaqə də araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:02]
Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib
- 02.09.2026 [13:51]
ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır
- 02.09.2026 [13:47]
Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
- 02.09.2026 [13:41]
Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib
- 02.09.2026 [13:26]
Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb
- 02.09.2026 [13:09]