Almaniyada nasional-sosializm qurbanlarının xatirəsi yad edilmişdir
Berlin, 18 noyabr (AZƏRTAC). Noyabrın 17-si Almaniyada ümumxalq hüzn günüdür. Həmin gün Almaniya siyasətçiləri və ölkə vətəndaşları keçən əsrdə iki dünya müharibəsində həlak olanların və nasional-sosialist diktaturası qurbanlarının xatirəsini yad edirlər. Bu gün ölkə təkcə döyüşlərdə həlak olmuş alman əsgərlərinin deyil, bütün müharibə və zorakılıq qurbanlarının xatirəsini yad edirlər.
Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Foskule demişdir: “Onların hər biri bizim üçün əzizdir. Xüsusən bu əsrdə, hərbi münaqişə zonalarından informasiya axınını izləmək çətin olduğu bir vaxtda Almaniya tarixin ona həvalə etdiyi məsuliyyəti yadda saxlamağa borcludur”.
Berlində Almaniya Prezidenti Yoahim Hauk müharibə və istibdad qurbanlarının xatirəsini yad etmiş, Unter-den-Linden küçəsindəki baş memorialın önünə əklil qoymuşdur. Xatirə gününə həsr edilmiş tədbirlərdə bundesratın sədri Ştefan Vayl və digər alman siyasətçiləri də iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]