Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilmişdir
Berlin, 10 may (AZƏRTAC). Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş beynəlxalq boks turniri keçirilmişdir. Turnir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə LBN Boxpromotion idman klubu tərəfindən təşkil edilmişdir.
Yarışda Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Çexiya və Dominikan Respublikasını təmsil edən idmançılar iştirak etmişlər. Turnirin əsas döyüşü hazırda Almaniyada yaşayan azərbaycanlı boksçu Azad Əzizovun Ukrayna boksçusu Velentin Kutsa qarşı İBO interkontinental kəməri uğrunda keçirdiyi görüş olmuşdur. Qarşılaşmada yüksək ustalıq nümayiş etdirən həmyerlimiz 12 raundluq döyüşü öz xeyrinə başa vurmuşdur. Qalibin şərəfinə Azərbaycanın bayrağı qaldırılmış və himnimiz səsləndirilmişdir. Turnir çərçivəsində çexiyalı boksçu ilə görüşən digər həmyerlimiz Ağali Əlişov da yüksək əzmkarlıq nümayiş etdirərək xal hesabı ilə qalib gəlmişdir.
Döyüşlərdən reportajlar hazırlayan Almaniya televiziya kanalları tədbirdə iştirak edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və boksçu Azad Əzizovdan müsahibələr almışlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]